satellite   Azerspace-1: 11135 H 30000

NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da YAP-ın 33-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr olunan “Milli qurtuluşdan suverenliyə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, azərbaycançılıq məfkurəsi xalq-dövlət-ordu birliyinin möhkəmləndirilməsində mühüm ideoloji dayaqlardan biridir. Bu məfkurə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, milli kimlik və dövlətçilik prinsiplərinin formalaşmasında böyük rol oynayır. Tələbələrin təhsili, intellektual inkişafı, dövlətə sədaqət və sağlam siyasi təfəkkür ruhunda yetişdirilməsi universitetin prioritetlərindəndir. Məhz bu istiqamətdə aparılan məqsədyönlü işlərin nəticəsidir ki, Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının 2162 üzvü var. Onlardan 211-i professor-müəllim heyəti, 1210-u isə qız tələbələrdir.

Vurğulanıb ki, bu ilk təşkilatı fərqləndirən əsas xüsusiyyət onun tərkibində ziyalıların, eləcə də partiya və ölkə üçün mühüm əhəmiyyət kəsb edən fəal gənclərin çoxluq təşkil etməsidir. Partiyanın gələcəyinin təmin olunması, mövqelərinin qorunması və daha da gücləndirilməsi məhz bu gənclərin üzərinə düşür. Onların fəallığı və təşəbbüskarlığı partiyanın uğurlu inkişafında həlledici rol oynayır.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli “Milli qurtuluşdan suverenliyə: Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edərək bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP müstəqil dövlətçiliyin və ümummilli maraqların qorunması naminə cəmiyyətin bütün təbəqələrini səfərbər edən siyasi təşkilat kimi formalaşıb. 2005-ci ildə keçirilmiş III Qurultaydan sonra YAP-ın sədri seçilən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkə regionun ən güclü dövlətlərindən birinə çevrilib. Partiya bu il fəaliyyətinin 33-cü ildönümünü qeyd edir və YAP üzvləri bu illər ərzində xalqa xidmət və fədakarlıq nümunəsi göstəriblər.

Sonra YAP Universitet Ərazi Təşkilatının sədri Bəhruz Məmmədov “Tarixi Zəfərdən dövlət suverenliyinə: siyasi iradə, hərbi güc və milli həmrəylik”, Naxçıvan Dövlət Universitetinin professoru Hacıfəxrəddin Səfərli isə “30 yaşlı Konstitusiya və suverenliyin bərpası”, “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə IV kurs tələbəsi Saleh Zamanov “Yeni Azərbaycan Partiyası xalqın inam ünvanıdır” mövzularında çıxış ediblər.

YAP-ın 33-cü ildönümü münasibətilə partiya üzvlərinin mükafatlandırılması, eləcə də partiyaya yeni qəbul olunan üzvlərə üzvlük biletlərinin təqdim olunması mərasimi keçirilib.

Tədbir YAP-ın 33 illiyinə həsr olunmuş videoçarxın nümayişi və partiyanın himninin səsləndirilməsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM