satellite   Azerspace-1: 11135 H 30000

Akademik İsa Həbibbəyli: Heydər Əliyev-İlham Əliyev epoxası Azərbaycanın dünəni, bu günü və sabahıdır

Akademik İsa Həbibbəyli: Heydər Əliyev-İlham Əliyev epoxası Azərbaycanın dünəni, bu günü və sabahıdır

Ulu Öndər Heydər Əliyev öz xalqının böyük məhəbbətini, dərin sevgisini, milli qürur və iftixar duyğusunu qazanmış tarixi şəxsiyyətdir. Dünya tarixinin yeni dövrünün qurulmasında da Heydər Əliyevin böyük xidmətləri var. Bu gün Ulu Öndərin adı yeni dünyanın qurucuları, liderləri sırasında iftixarla çəkilir.

NTV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib. O vurğulayıb ki, Ulu Öndərin anım gününün qeyd olunması, eyni zamanda, xalqımızın müstəqillik yollarında keçdiyi dərslərin və gəlib çatdığı zəfərlərin təntənəsidir. Həmin ziyarətlər Azərbaycan dövlətçiliyinin inkişafının yeni mərhələsinə çevrilir. Ulu Öndərin məzarını ziyarət edən insanlar bu dövlətin xilaskarına, müstəqil dövlətimizin böyük qurucusuna ehtiramını böyük sevgi və fəxrlə ifadə edirlər.

“Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, təkcə anım günlərində tarixə nəzər salmır. Eyni zamanda, Ulu Öndərin qurduğu təməllər üzərində yüksələn, zəfərlərdən-zəfərlərə gedən yeni Azərbaycanın nailiyyətlərini, uğurlarını, qələbələrini görürük. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycan xalqının yeni lideri - müasir dövrün liderləri sırasında özünəməxsus yeri olan Prezident İlham Əliyev Azərbaycan dövlətinin dünyada söz sahibi olmasına, zəfərlərdən-zəfərlərə doğru inkişaf etməsinə özünün böyük töhfələrini verir. Nəticədə yeni epoxa yaranır. Heydər Əliyev-İlham Əliyev epoxası Azərbaycanın dünəni, bu günü və sabahıdır”, - deyə İ.Həbibbəyli qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM