satellite   Azerspace-1: 11135 H 30000

Agentlik: Böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur

Agentlik: Böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur

Sürətli internet bağlantısı və uyğun sayda kompüteri olan ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, rəqəmsal qiymətləndirmə həm müəllimlərin vaxtına qənaət edir, həm şagirdlərdə rəqəmsal bacarıqları inkişaf etdirir, həm də kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Digər tərəfdən elektron qiymətləndirmə daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.

Qeyd edək ki, böyük summativ qiymətləndirmə “Microsoft TEAMS” proqramı vasitəsilə həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM