satellite   Azerspace-1: 11135 H 30000

NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb - FOTOLAR

NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font> NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetin (NDU) Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrinin İğdır Universitetində keçdikləri təcrübə proqramı müvəffəqiyyətlə başa çatıb.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, proqramın sonunda İğdır Universitetinin rektoru professor Ekrem Gürel təcrübəçi tələbələrlə görüşüb. Görüşdə Ziraət fakültəsinin dekanı professor İsa Özaydın və İğdır Universitetinin Heyvan Xəstəxanasının baş həkimi Gökhan Koçak da iştirak ediblər.

Ekrem Gürel çıxışı zamanı İğdır Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb. Rektor NDU tələbələrinin İğdır Universitetində təcrübə keçmələrinin akademik əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib: “Universitetimiz Türk dünyası ilə elmi və humanitar əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir. Qardaş Naxçıvan Dövlət Universitetindən gələn tələbələrimizin burada təcrübə keçməsi bu istiqamətin ən dəyərli və bariz göstəricilərindən biridir”.

Sonra tələbələrin təcrübə prosesi ilə bağlı fikirləri dinlənilib, onların əldə etdikləri bilik və praktik bacarıqlar barədə müzakirələr aparılıb.

Təcrübəçi tələbələr sertifikat, müəllimləri isə təşəkkürnamə ilə təltif olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM