Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə start verilib.
NTV xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Prosesdə təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Qeyd edək ki, sertifikatlaşma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 310 müəllimin iştirakı nəzərəd tutulur.
Sertifikatlaşmanın ilk günündə Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili, rus dili və ədəbiyyatı, fransız və alman dili, müəllimləri iştirak edir. Prosesdə muxtar respublika üzrə 100 faiz iştirak qeydə alınıb.
️
