satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan məktəbliləri BilBacar müsabiqəsində qalib olublar

Naxçıvan məktəbliləri BilBacar müsabiqəsində qalib olublar

NTV xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 2025-ci ilin noyabr ayından etibarən həyata keçirilən BilBacar müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qalibləri artıq elan olundu.

Müsabiqədə Culfa rayon Culfa şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Oğuz Əlirza l, Ordubad rayon Dəstə kənd tam orta məktəbin şagirdi Səma Məmmədli isə lll- yerə layiq görülüb.

 ️Məktəblilərimizi təbrik edirik!

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə 1300-dən çox ümumi təhsil müəssisəsindən 160 minə yaxın şagird Bilbacar müsabiqəsində iştirak edib, onların arasında ən yaxşı nəticə toplamış şagirdlər finalçı adına layiq görülüb. Final nəticələri əsasında isə III və IV siniflərin hər biri üzrə müvafiq olaraq 3 şagird birinci, 6 şagird ikinci, 9 şagird isə üçüncü yerin sahibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM