satellite   Azerspace-1: 11135 H 30000

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrdə Dövlət Agentliyindən NTV-yə  bildirilib ki, imtahanda 606 müəllim iştirak edib, 98 faiz davamiyyət qeydə alınıb.

Bu gün keçirilən test imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna iyunun 18-i saat 12:00-dan etibarən başlanılacaq. Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər “portal.edu.az” platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müraciətlərini təqdim edə bilərlər.

Apellyasiya müraciətlərinin qəbulu iyulun 18-i saat 12:00-dək davam edəcək. Müraciətlərə baxıldıqdan və onların təhlili aparıldıqdan sonra yekun nəticələr elan olunacaq.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ölkənin 19 şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM