satellite   Azerspace-1: 11135 H 30000

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının buraxılış vərəqələri təqdim olunub

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının buraxılış vərəqələri təqdim olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən NTV-yə bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmaz şəhər və rayonlarında təşkil olunacaq.

Abituriyentlər buraxılış vərəqələrini DİM-in rəsmi internet səhifəsindən, həmçinin “my.gov.az” portalı və “mygov” mobil tətbiqi vasitəsilə əldə edib çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, bina və zal nömrəsi, imtahanın başlanma vaxtı, eləcə də iştirakçının imtahan binasına gəlmə vaxtı barədə məlumatlar əks olunub.

İştirakçılar imtahana gələrəkən “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli, şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkili yapışdırılmış və möhürlə təsdiqlənmiş arayışı təqdim etməlidirlər.

İmtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra imtahan binasına gələn iştirakçılar binaya buraxılmayacaqlar. İştirakçıların imtahan binalarına rahat daxil olmalarını təmin etmək məqsədilə onlar üçün fərqli gəlmə vaxtları müəyyənləşdirilib və həmin vaxt buraxılış vərəqəsində göstərilib.

Abituriyentlər imtahan qaydaları ilə daha ətraflı DİM-in “Yaddaş kitabçası” vasitəsi ilə tanış ola bilərlər.

Qeyd edək ki, III ixtisas qrupunun həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək. Həmin imtahanın buraxılış vərəqəsi növbəti həftəsonu DİM-in saytında yerləşdiriləcək. Bundan başqa, abituriyentlər qəbul imtahanının ikinci cəhdini şəxsi kabinetlərində qeyd etdikləri faktiki yaşayış ünvanına uyğun bölgədə verəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM