2025/2026-cı tədris ilində investisiya büdcəsi hesabına tikilən və ya əsaslı təmir olunan 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub.
Bu barədə NTV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkə üzrə ümumilikdə 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb. Həmin təhsil müəssisələrinin 137-də əsaslı təmir həyata keçirilib. Təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
