satellite   Azerspace-1: 11135 H 30000

“Azərbaycan arxeologiyası” dərs vəsaitinin I cildi nəşr olunub

“Azərbaycan arxeologiyası” dərs vəsaitinin I cildi nəşr olunub

NTV xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin “Azərbaycan arxeologiyası” dərs vəsaitinin yenidən təkmilləşdirilmiş və zənginləşdirilmiş I cildi işıq üzü görüb.

Dərs vəsaiti AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin və Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə çapa təqdim olunub.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunan kitab Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı ilə başlayır. 

Yeni nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlidir. Kitabın rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix elmləri doktoru Məlahət Fərəcovadır.

Giriş, Paleolit, Mezolit, Neolit, Erkən, Orta və Son Eneolit, həmçinin İlk, Orta və Son Tunc dövrlərini əhatə edən bölmələrdən və Nəticədən ibarət olan kitabda Azərbaycanın ən mühüm tarixi abidələri barədə geniş məlumat verilir. Bununla yanaşı, dərs vəsaitində arxeoloji mədəniyyətlərin xronologiyası və etnik mənsubiyyəti ilə bağlı bir sıra mühüm məsələlərə toxunulur.

Qeyd edək ki, ölkəmizin qədim mədəniyyətləri haqqında bütöv təsəvvür yaradan və Azərbaycan arxeologiyasının aktual problemlərini ön plana çəkən bu fundamental vəsait ali məktəb tələbələri, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM