satellite   Azerspace-1: 11135 H 30000

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir - FOTOLAR

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir<font color=red> - FOTOLAR</font> Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir<font color=red> - FOTOLAR</font>

Yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərmək istəyən müəllimlərin seçimi üzrə müsahibələr davam edir.

Bu barədə NTV-yə  Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunurlar.

Hazırda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə müəllimlərin müsahibələri keçirilir. Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Müsahibə mərhələsini uğurla başa vuran müəllimlərə nəticə barədə SMS vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, BŞTİ tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI siniflərində tətbiq edilən yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyatı da davam edir. İndiyədək qabaqcıl pedaqoji təcrübəyə malik 5 mindən çox müəllim müsahibə mərhələsində iştirak etmək üçün müraciət edib.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsi, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkili, eləcə də onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsi məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM