satellite   Azerspace-1: 11135 H 30000

“Magistr” jurnalının 2-ci nömrəsi nəşr olunub

“Magistr” jurnalının 2-ci nömrəsi nəşr olunub

“Magistr” jurnalının 2-ci nömrəsi nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci nömrəsində dərc edilib.

Jurnalı Mərkəzin Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, regional bölmələrindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM