Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin perspektivləri müzakirə olunub - FOTOLAR

Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin perspektivləri müzakirə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin perspektivləri müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və səfirliyin attaşesi Aybek Əkrəmovla görüş keçirilib. Görüşdə institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almas Binnətova, filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırlı və Mehman Həsənli iştirak ediblər.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin perspektivləri müzakirə olunub. Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görülmüş işlərdən danışaraq qeyd edib ki, fevral ayında Nizami və Nəvaiyə həsr olunmuş konfransdan əlavə, Babura həsr edilmiş konfrans da təşkil olunub. 2019-cu ildə institutda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib. Akademik 2020-ci ildə Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən Azərbaycan və özbək dillərində çap olunan Əlişir Nəvainin “Hikmətli sözlər” əsərinin elmi redaktoru olduğunu deyib. O, 2020-ci ildə institutda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr edilmiş “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı Beynəlxalq elmi konfrans keçirildiyini də xatırladıb. Həmçinin “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı haqqında məlumat verib.

Səfir Bahrom Aşrafxanov görülən işlərin davamlı olacağını bildirib və beşcildlik “Özbək dilinin izahlı lüğəti”ni instituta hədiyyə edib. Ədəbiyyat İnstitutunda Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib və oranı ziyarət edib. Filologiya elmləri doktoru Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” kitabından söz açaraq kitabın təqdimatının nəzərdə tutulduğunu bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM