satellite   Azerspace-1: 11135 H 30000

"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşüb

"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşüb

Təcrübə proqramı çərçivəsində İspaniyada olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb.

Naxçıvan televiziyası klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə bir araya gələn mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya uyğunlaşması barədə təcrübələri ilə tanış olub.

Samir Abasov səfər çərçivəsində həmçinin "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək, fikir mübadiləsi aparıb. Azərbaycanlı mütəxəssis ötən gün əsas komandanın məşqini izləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM