satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Dövlət Aqrar Universiteti publik hüquqi şəxsə çevrilib

Azərbaycan Dövlət Aqrar Universiteti publik hüquqi şəxsə çevrilib

Nazirlər Kabineti Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi barədə qərar qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Universitetin Nizamnaməsi təsdiq olunub.

Nazirlik qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Universitetin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM