satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın təhsil nazirinin müavini: “Məktəblərdə qızılca ilə bağlı narahatedici məqam yoxdur”

Naxçıvanın təhsil nazirinin müavini: “Məktəblərdə qızılca ilə bağlı narahatedici məqam yoxdur”

Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov məktəblərdə hal-hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqamların olmadığını bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu E.Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

“Məktəblərimizdə hal-hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqam yoxdur. Bizim tərəfimizdən də bu proses ciddi nəzarət altındadır”, - o deyib.

Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası səhiyyə və təhsil nazirlikləri infeksion xəstəliklər və qızılcaya yoluxma halları ilə bağlı mütəmadi məlumat mübadiləsindədirlər.

“Bizim təhsil müəssisələrimiz gündəlik olaraq şagirdlərdə müşahidə edilən xüsusilə temperatur və ya hər hansısa bir səpkilər, xəstəlik simptomlarına uyğun hər hansı bir göstəricilər olursa həmin şagirdlərlə bağlı məlumatları Səhiyyə Nazirliyinə ötürür. İndiyə qədər ki prosesdə aydın olur ki, çox az faiz çərçivəsində müşahidə etdiyimiz bu simptomlar və əlamətlər qızılca xəstəliyinin göstəricisi kimidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM