satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan – İsveçrə oyununun hakimləri açıqlanıb

Azərbaycan – İsveçrə oyununun hakimləri açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin evdə İsveçrə yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Rumıniyadan olan hakimlərə tapşırılıb.

Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM