satellite   Azerspace-1: 11135 H 30000

Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi qələbə qazanıb

Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi qələbə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qələbə qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:2 hesabı ilə üstələyib. Daha əvvəl Beka Kandelaki (130 kq) qələbə qazanıb, İslam Abbasov (87 kq) isə məğlub olub.

Qeyd edək ki, bu gün həmçinin Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaq. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM