"Beşiktaş" niderlandlı futbolçu ilə anlaşıb

"Beşiktaş" niderlandlı futbolçu ilə anlaşıb

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

NUHÇIXAN yerli "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Fulhem"ində çıxış edən Kenni Tete ilə anlaşıb.

28 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Niderlandlı oyunçu azad agent kimi "Beşiktaş"a keçəcək.

Qeyd edək ki, Kenni Tete 2020-ci ildən London klubunun formasını geyinir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM