“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

“Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslərdir”.

NUHÇIXAN xəbər verir ki, bu sözləri “Bavariya”nın futbolçusu Erik Dayer UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qalib gələrək yarımfinala vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, bu nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Hər iki görüşdə ustalıq və böyük birlik nümayiş etdirdik. Baş məşqçimiz komandanı “Arsenal”a qarşı oyuna çox yaxşı hazırlamışdı. Onları Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi”.

Qeyd edək ki, “Bavariya” hər iki görüşün nəticəsinə əsasən London təmsilçisini 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Münxen klubunun bu mərhələdəki rəqibi İspaniyanın “Real Madrid” komandası olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM