satellite   Azerspace-1: 11135 H 30000

Avropa Liqası: “Roma” “Milan”ı məğlub edərək, yarımfinala yüksəlib

Avropa Liqası: “Roma” “Milan”ı məğlub edərək, yarımfinala yüksəlib

"Roma" Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda evdə "Milan"ı məğlub edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.

Qaliblərin qollarını Canluka Mançini və Paulo Dibala vurub, qonaqların heyətində isə Matteo Qabbia fərqlənib.

31-ci dəqiqədən müdafiəçi Zeki Çelik meydandan qovulduqdan sonra romalılar azlıqda oynayıblar.

İki görüşün yekununa əsasən, "Roma" (1:0, 2:1) yarımfinala yüksəlib, komanda Almaniyanın "Bayer"i ilə oynayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM