satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, son oyun günü "Kəpəz" - "Sabah" və "Araz Naxçıvan" - "Səbail" görüşləri keçiriləcək.

Hesabat turunda 17 xala malik "Qəbələ"nin Premyer Liqada rəsmən sonuncu yeri tutacağı dəqiqləşə bilər. Bunun üçün 31 xalı olan gəncəlilər mütləq şəkildə "Sabah"a qalib gəlməli, 32 xala sahib Naxçıvan təmsilçisi isə "Səbail"lə heç-heçə etməlidir.

Cari turdan sonra mövsümün başa çatmasına 5 həftə qalır.

Qeyd edək ki, XXXI turun digər görüşlərində "Sumqayıt" səfərdə "Turan Tovuz"u 4:1, "Zirə" isə doğma meydanda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" - "Qəbələ" matçı 2:2 hesabı ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM