satellite   Azerspace-1: 11135 H 30000

Dünya Kuboku: Azərbaycan gimnastları final mərhələsində mübarizə aparacaqlar

Dünya Kuboku: Azərbaycan gimnastları final mərhələsində mübarizə aparacaqlar

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın üçüncü günündə idmançımız Zöhrə Ağamirova fərdi yarışda iki növ proqramda iştirak edəcək. O, halqa və lentlə çıxışını nümayiş etdirəcək.

Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandası da iki finalda mübarizə aparacaq. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda beş halqa, həmçinin üç lent və iki top ilə çıxış edəcək.

Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM