Xavi daha bir mövsüm "Barselona"da qalmağa hazırdır

Xavi daha bir mövsüm "Barselona"da qalmağa hazırdır

"Barselona"nın baş məşqçisi Xavi Ernandes 2025-ci ilin yayınadək İspaniya klubunda qalmağa hazırdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri iddia irəli sürüb.

Mütəxəssis yaxın vaxtlarda Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta və idman direktoru Deku ilə görüşəcək. Onlar əməkdaşlığın davam etməsini müzakirə edəcəklər.

Qeyd edək ki, 2021-ci ildən "Barselona"da işləyən Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Xəbər lenti
Zurab Sereteli vəfat edib

10:57 22.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM