satellite   Azerspace-1: 11135 H 30000

Modriç hələlik karyerası ilə bağlı qərar verməyib

Modriç hələlik karyerası ilə bağlı qərar verməyib

"Real"ın futbolçusu Luka Modriç İspaniya klubundakı karyerası ilə bağlı hələlik qərar verməyib.

Naxçıvan televiziyası "Marca" nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid təmsilçisindən ayrılıb-ayrılmamaqla bağlı tezliklə fikrini qətiləşdirəcək.

38 yaşlı təcrübəli oyunçu ötən yay İspaniyada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanı klubunun 100 milyon avroluq təklifini rədd edib.

Qeyd edək ki, Mordiç cari mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kral klubu" ilə müqaviləsi yayda başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM