satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusuf Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.

Naxçıvan televiziyası xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Fransadakı evi qarət olunub. Hadisə o, ailəsi ilə birlikdə evdə olarkən baş verib. Bu barədə oyunçu şəxsi instaqram hesabında paylaşım edib.

Y. Yazıcı evin giriş qapısında səslər eşidib və dərhal polisə müraciət edib. Futbolçunun çağırışından sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarları həbs ediblər.

Qeyd edək ki, Yusuf Yazıcı Fransada 3-cü dəfə bu cür halla üzləşib. Daha əvvəl onun avtomobili oğurlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM