İngiltərə çempionatı: "Arsenal" London derbisində "Çelsi"ni məğlub edib

İngiltərə çempionatı: "Arsenal" London derbisində "Çelsi"ni məğlub edib

"Arsenal "İngiltərə futbol çempionatının XXIX turunda "Çelsi" üzərində qələbə qazanıb.

NUHÇIXAN-ın məlumatına görə, Londonun "Emirates" derbisi ev sahiblərinin xeyrinə 5:0 hesabı ilə başa çatıb.

Qarşılaşmada Kay Havertz və Ben Uayt dubl ediblər, digər qolu Leandro Trossard vurub.

Bu qarşılaşmadan snra Mikel Artetanın komandası 77 xal toplayıb və İngiltərə çempionatının cədvəlində liderdir, siyahıda ikinci yerdə "Liverpul" (74 xal) və "Mançester Siti" (73, ehtiyatda iki oyun) yer alır. "Çelsi" 47 xalla doqquzuncu pillədə qərarlaşıb.

Növbəti turda, aprelin 28-də" Arsenal "səfərdə" “Tottenhem" lə London derbisini keçirəcək," Çelsi "bir gün əvvəl"Aston Villa" ilə səfərdə görüşəcək.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM