Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən “Tuluza” kollektivi Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.

NUHÇIXAN  “lequotidiendusport.fr” saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl” klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM