"Napoli" klubunun hücumçusu PSJ-yə keçə bilər

"Napoli" klubunun hücumçusu PSJ-yə keçə bilər

İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhen Fransa təmsilçisi PSJ-yə keçə bilər.

NUHÇIXAN "II Mattino"ya istinadən xəbər verir ki, İtaliya klubu parislilərdən 120 milyon avroluq rəsmi təklif gözləyir.

Osimhen cari mövsüm "Napoli"nin heyətində 28 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 110 milyon avro qiymətləndirir.

Qeyd edək kii, 2020-ci ildən "Napoli"də çıxış edən 25 yaşlı forvardın klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM