Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

İngiltərə Premyer Liqasında növbəti oyunlar keçirilib.

NUHÇIXAN xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" xal itirib. Mersisayd təmsilçisi Liverpul derbisində "Everton"la qarşılaşıb. Görüş Yurgen Kloppun komandasının 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Günün digər oyunlarında "Bournmut" "Vulverhempton"u 1:0, "Kristal Pelas" "Nyukasl Yunayted"i 2:0, Mançester Yunayted" isə "Şeffild Yunayted"i 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra "Liverpul" 74 xalla ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 77 xalla "Arsenal" başçılıq edir.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM