satellite   Azerspace-1: 11135 H 30000

Liqa 1: PSJ 12-ci dəfə Fransa çempionu olub

Liqa 1: PSJ 12-ci dəfə Fransa çempionu olub

Futbol üzrə Fransa çempionatının 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, PSJ bu ada sahib çıxıb. Belə ki, Liqa 1-in XXXI turunda "Monako"nun "Lion"a 2:3 hesabı ilə məğlub olmasından sonra aktivində 70 xalı olan Paris təmsilçisinin sona 3 tur qalmış qızıl medalları təmin etməsi dəqiqləşib. Knyazlıq klubu isə xal itkisinin ardından 58 xalla ikinci pillədə qərarlaşıb.

Bununla da paytaxt klubu 12-ci dəfə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, ötən mövsüm də Fransa çempionluğunu PSJ əldə etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM