satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, sonuncu – X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edən iti zəka sahibi qitə çempionluğunu qazanıb.

Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran Ü. Fətəliyeva rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM