satellite   Azerspace-1: 11135 H 30000

ABŞ səfirliyi azərbaycanlı şahmatçını qələbə münasibətilə təbrik edib

ABŞ səfirliyi azərbaycanlı şahmatçını qələbə münasibətilə təbrik edib

ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı Avropa çempionatında qələbəsi münasibətilə təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. Yunanıstanın Rodos şəhərində keçirilən yarışlarda 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM