satellite   Azerspace-1: 11135 H 30000

AFFA İntizam Komitəsi baş hakimi vurmağa cəhd edən futbolçunun cəzasını açıqlayıb

AFFA İntizam Komitəsi baş hakimi vurmağa cəhd edən futbolçunun cəzasını açıqlayıb

AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən "Ərkivan" (Masallı) - "Şirvan" oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. “Ərkivan” klubu bu səbədən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM