satellite   Azerspace-1: 11135 H 30000

“Real” keçmiş futbolçusunun oğlu ilə müqaviləni yeniləyib

“Real” keçmiş futbolçusunun oğlu ilə müqaviləni yeniləyib

İspaniyanın "Real" klubu braziliyalı keçmiş futbolçusu Marselonun oğlu Entso Alveşlə yeni müqavilə imzalayıb.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilə qədər uzadılıb.

Entso bu mövsüm “Real”ın heyətində vurduğu 17 qolla bombardirlər siyahısına başçılıq edir. O, bir müddət öncə İspaniyanın U-15 millisində də debüt edib və ikinci oyununda fərqlənməyi bacarıb.

Qeyd edək ki, Entsonun atası Marselo hazırda Braziliyanın “Fluminense” klubunda çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM