satellite   Azerspace-1: 11135 H 30000

AFFA İntizam Komitəsi II Liqa klublarını cərimələyib

AFFA İntizam Komitəsi II Liqa klublarını cərimələyib

AFFA İntizam Komitəsi II Liqa klublarını cərimələyib.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna XXXIII turun qarşılaşmalarında qeydə alınan qayda pozuntuları səbəb olub.

“Şəmkir” – “Göygöl” (3:0) oyununun 78-ci dəqiqəsində qonaq komandanın futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Klub buna görə 300 manat cərimə edilib. Futbolçu üçün 3 ay sınaq müddəti təyin edilib.

“Sheki City” – “Cəbrayıl” matçının (1:3) 63-cü dəqiqəsində meydan sahiblərindən Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komandası 300 manat cərimələnib. Bu görüşün 64-cü dəqiqəsində azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə ödəməli olacaq.

“Şahdağ Qusar” – “Füzuli” görüşü (3:3) btidikdən sonra qonaqların futbolçusu Əziz Hüseynov rəqibi təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Füzuli” klubu isə 300 manat cərimələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM