AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

Türkiyə yığmasının sabiq baş məşqçisi Ştefan Kunts Azərbaycan millisinin sükanı arxasına əsas namizədlərdən biridir.

NUHÇIXAN Almaniya mətbuatına istinadən xəbər verir ki, AFFA 62 yaşlı mütəxəssislə danışıqlar aparır. İddiaya görə, milli assosiasiya almaniyalı çalışdırıcıya yaxşı şərtlərlə təklif irəli sürüb.

Təcrübəli məşqçinin xidmətində Almaniyanın “Bavariya” klubu və Kanada yığmasının da maraqlı olduğu bildirilib.

Qeyd edək ki, Ştefan Kuntsun son iş yeri Türkiyə millisi olub. O, ötən ilin sentyabrında istefaya göndərilib. Mütəxəssis ölkəsinin aşağı liqa klublarında və U-21 yığmasında da çalışıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM