satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Naxçıvan televiziyası xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM