İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə yarışın rəsmi "X" hesabı məlumat yayıb.

Siyahıda 8 oyunçunun adı göstərilib.

Bunlar Fil Foden, Erlinq Holann (hər ikisi "Mançester Siti"), Martin Edeqor, Deklan Rays (hər ikisi "Arsenal"), Aleksander İsak ("Nyukasl Yunayted"), Koul Palmer ("Çelsi"), Vircil va Deyk ("Liverpul") və Oli Uotkinsdir ("Aston Villa").

Qeyd edək ki, qalib mayın 18-də açıqlanacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM