satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) olimpiya lisenziyasına sahib çıxıb.

Beləliklə, Azərbaycan olimpiadaya 22-ci lisenziyanı qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM