satellite   Azerspace-1: 11135 H 30000

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə qalib gəlib. O, lisenziya uğrunda isə italiyalı Emanuela Liuzzini məğlub edərək Parisə vəsiqəni təmin edib.

Bununla da Mariya Stadnik 5-ci dəfə Olimpiadada çıxış edəcək.

Azərbaycanın digər qadın güləşçiləri - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə lisenziya qazana bilməyiblər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM