satellite   Azerspace-1: 11135 H 30000

AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib

AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib

AFFA Region Liqasında üçüncü yer uğrunda oyun keçirilib.

Naxçıvan televiziyası milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər.

“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub.

Medalları veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” kollektivləri arasında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM