satellite   Azerspace-1: 11135 H 30000

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Naxçıvan televiziyası İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst "Qara qartallar"ı çalışdıracaq.

"2+1" illik müqavilə bağlayan 49 yaşlı mütəxəssisin köməkçiləri Jan Pol van Qastel və Sərdar Topraktəpə olacaq.

Qeyd edək ki, futbolçu karyerasında "Arsenal" və "Barselona" kimi klublarda çıxış edən Covanni van Bronkhorst məşqçi olaraq sonuncu dəfə Şotlandiyanın "Reyncers" komandasında çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM