satellite   Azerspace-1: 11135 H 30000

Mbappe məhsuldar ötürmələrin sayına görə Zidanla Anrini geridə qoyub

Mbappe məhsuldar ötürmələrin sayına görə Zidanla Anrini geridə qoyub

Fransa yığmasının hücumçusu Kilian Mbappe Lüksemburqla yoldaşlıq görüşündən sonra məhsuldar ötürmələrin sayına görə Zinəddin Zidan və Tyerri Anrini geridə qoyub.

Naxçıvan televiziyası "Opta"ya istinadən xəbər verir ki, K.Mbappe qarşılaşma ərzində 2 məhsuldar ötürmə və bir qolla yadda qalıb.

Bir neçə gün öncə İspaniyanın "Real" klubuna transfer olunan hücumçu ötürmələrinin sayını 27-yə çatdırıb. Z.Zidan və T.Anrinin isə hərəyə 26 ötürməsi var. Bu göstəricidə Antuan Qrizmann birincidir (30).

Qeyd edək ki, Fransa millisi iyunun 5-də Lüksemburqla keçirilən yoldaşlıq görüşündə 3:0 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM