satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Azərbaycanın daha bir atleti mübarizəni dayandırıb

Avropa çempionatı: Azərbaycanın daha bir atleti mübarizəni dayandırıb

Azərbaycanın daha bir atleti Nazim Babayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edib.

Naxçıvan televiziyası xəbər verir ki, uzunluğaa tullanma növündə yarışan 26 yaşlı idmançı təsnifat mərhələsində 6.92 metr nəticə göstərib.

Bu, Babayevin finala vəsiqə qazanmasına kifayət etməyib. Daha əvvəl üç təkanla tullanmada Yekaterina Sarıyeva 12.93 metr nəticə ilə təsnifat mərhələsində mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Avropa çempionatı iyunun 12-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Anna Skidan (çəkic atma) və Aleksis Kopello (üç təkanla tullanma) iyunun 9-da çıxış edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM