satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” 13 futbolçu ilə yollarını ayırıb

“Araz-Naxçıvan” 13 futbolçu ilə yollarını ayırıb

“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 13 futbolçu ilə yollarını ayırıb.

Naxçıvan televiziyası klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Abdulla Rzayev və İldar Alekperovun icarə müqaviləsinin müddəti başa çatdığına görə, hər iki futbolçu “Sabah”ın düşərgəsinə qayıdıb.

Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Miço, Küzmanoviç, Tərlan Əhmədli, Urfan Abbasov, Ülvü İsgəndərov, Ömər Buludov növbəti mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM