satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın yay hazırlıq planı bəlli olub

"Qarabağ"ın yay hazırlıq planı bəlli olub

"Qarabağ" klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.

Naxçıvan televiziyası Azərbaycan çempionunun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" iyunun 18-də Bakıda məşqlərə start verəcək.

Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM