satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”dan ayrılan qapıçının yeni klubu bəlli olub

“Qarabağ”dan ayrılan qapıçının yeni klubu bəlli olub

Mövsümün sonunda “Qarabağ”dan ayrılan rusiyalı qapıçı Andrey Lunyovun yeni klubu bəlli olub.

Naxçıvan televiziyası Rusiya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper ölkəsinin “Dinamo” (Moskva) komandasına keçəcək. Onun gələn həftə tibbi müayinədən keçdikdən sonra 2+1 illik rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Anlaşmaya əsasən, A.Lunyov ölkə çempionatında mövsüm ərzində 20 matça çıxsa, məvacibi 1,2 milyon avroya qədər yüksələcək.

Qeyd edək ki, 2023-2024-cü illər mövsümündə “Qarabağ”ın formasını geyinən Andrey Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM