satellite   Azerspace-1: 11135 H 30000

AVRO-2024-ün açılış oyununun hakimləri bəlli olub

AVRO-2024-ün açılış oyununun hakimləri bəlli olub

Almaniya və Şotlandiya milliləri arasında keçirləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisar əyləşəcək. Onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaq.

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM