satellite   Azerspace-1: 11135 H 30000

"Bavariya" yaponiyalı futbolçunu transfer edir

"Bavariya" yaponiyalı futbolçunu transfer edir

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Münhen təmsilçisi müdafiəçi Hiroki İtonun transferi ilə bağlı "Ştutqart"la razılığa gəlib. Klub yaponiyalı oyunçuya görə 30 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu ilə beşillik müqavilə imzalanacaq.

Qeyd edək ki, Hiroki İto ötən mövsüm 29 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM